Atıcılarımız Dünya kubokunu qazanıblar

Atıcılarımız Dünya kubokunu qazanıblar


İngiltərənin Stoke Mandeville şəhərində güllə atıcılığı üzrə keçirilən Dünya kubokunda paralimpiyaçımız Yelena Taranova 368 xal toplayaraq (10 metr məsafə) finala yüksəlib. Finalda 195.6 xal toplayan atıcımız 2-ci yerə çıxıb.
Komanda hesabında isə atıcılarımız 22 ölkə arasında Dünya kubokuna sahib olublar. Yığma komandanın üzvlərindən Kamran Zeynalov 194.5 xal toplayaraq (10 metr məsafə) bütün rəqiblərini geridə qoyub. Komandamızın üzvləri Əkbər Muradov və Elşad Məmmədov yarışda yüksək nəticə əldə ediblər.