Avtomil qəzası faciə ilə nəticələndi

Avtomil qəzası faciə ilə nəticələndi


Makedoniyada faciə ilə nəticələnən avtomobil qəzası baş verib. Makedoniya Futbol Federasiyasının prezidenti İlço Qorgieskinin idarə etdiyi avtomobil qarşıdan gələn avtobusla toqquşub. Hadisə nəticəsində federasiya prezidenti yaralansa da, 1998-2005 ci illər ərzində Türkiyənin "Trabzonspor”, "Malatyaspor” və "Akçabat Sebatspor” komandalarının qapısını qoruyan Petar Miloşeski həlak olub.
Qeyd edək ki, Miloşeski futbolçu karyerasını bitirdikdən sonra bir müddət Makedoniya milli komandasının baş məşqçisi kimi də çalışmışdı.