Bəhreyndə elə bir dəyişiklik olmayacaq

Bəhreyndə elə bir dəyişiklik olmayacaq



"Ferrari”nin pilotu Fernando Alonso hesab edir ki, "Formula-1” üzrə Bəhreyndə keçiriləcək Qran-pri yarışlarında ciddi dəyişikliklər gözləmək əbəsdir. Qeyd edək ki, ispaniyalı pilot Avstraliya və Malayziyada keçirilən mərhələ yarışlarında 4-cü yeri tutub.
"Düşünmürəm ki, Bəhreyn bizim üçün nəyi isə dəyişsin. Həmin vaxtdan o qədər də çox zaman keçməyib. Elə maşınlarda da elə bir dəyişiklik edilməyəcək. Qələbə uğrunda mübarizə aparmaq bizim üçün əvvəlki kimi çətin olsa da, biz yenə də ilk beşlikdə yer almaq üçün mübarizə aparacağıq. Bunu bizim indiki səviyyəmiz də sübut edir və buna imkanlarımız var”, deyə - Fernando Alonso söyləyib.