Qarışıq döyüşlər üzrə 4 qat dünya çempionu Aleksandr Yemelyanenko insana zorakılıqla bağlı axtarışa verilib. Rusiyanın istintaq orqanlarının yaydıgı məlumata görə, Yemelyanenko hüquq-mühafizə orqanlarından gizlənib. İdmançı müəyyən olunmuş vaxtda dindirilmək üçün çağırılsa da o, istintaqdan yayınıb. Yaxın vaxtlarda məşhur idmançıya qarşı ittiham elan olunacaq. Qeyd edək ki, bu, Aleksandr Yemelyanenkonun adının hallandığı ikinci cinayət işidir. Belə ki, 2013-cü ilin avqustunda 23 yaşlı qadın idmançı tərəfindən təcavüzə məruz qaldığı barədə polisə ərizə verib. Lakin sonradan o, ərizəsini geri götürüb.