Gürcüstanda fri-fayt üzrə Avrasiya çempionatı keçirilib.
Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ceyhun Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qarışıq döyüş növləri (MMA) üzrə peşəkarlar arasında yarışda isə digər təmsilçimiz Rəsul Müslümov gürcüstanlı Zurab Eqamnişvillini məğlub edərək Avrasiya çempionu adını qazanıb.