Rusiyanın Dmitrov şəhərində fəaliyyət göstərən "Marsey" idman klubu "Olimpə doğru" jurnalına təşəkkür məktubu ünvanlayıb. Məktubda jurnalın idmanın və bədən tərbiyyəsinin inkişafına, o cümlədən "Araz" idman klubunun prezdenti, dünya və Avropa çempionu Siyavuş Bayramova mənəvi dəstək göstərdiyi vurğulanıb.
Təşəkkür məktubunu Moskva və Moskva vilayətində yaşayan azərbaycanlıların milli və mədəni muxtariyyətinin rəhbəri Qalib Ağayev və Dimitrov Şəhər Bədən Tərbiyəsi, İdman və Turizim İdarəsinin rəhbərliyi imzalayıblar. "Marsey" klubunun prezidenti Seyran Hüseynov "Olimpə doğru" jurnalı ilə sıx əlaqə saxladıqlarını deyib. "Biz Azərbaycandan kənarda yaşasaq da, doğma vətənimizdə baş verən hadisələri yaxından izləyirik. İdmana göstərilən dövlət qayğısı bizi sevindirir. Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri qələbələrlə fəxr edirik. Ölkə idmanının inkişafında xüsusi yer olan "Olimpə doğru" jurnalı ilə müntəzəm əlaqə saxlayırıq. Bu jurnal Azərbaycan idmanının uğurlarını müntəzəm işıqlandırır. Bütün bunları nəzərə alan "Marsey" klubu adından jurnalın rəhbərliyinə təşəkkür edirik", - deyə o bildirib.