Məşhur pilot Mixael Şumaher Fransada xizək sürərkən möhkəm zədə aldığından hələ də koma şəraitindədir. Onun koma vəziyyətində müalicəsi davam etdirilən palataya naməlum şəxslər girib. Bu xəbəri Berlinin "Bild” qəzeti yayımlayıb. Məlumatda qeyd olunub ki, naməlum şəxslər idmançının yatdığı palataya girsələr də, bunun qarşısı tez bir zamanda alınıb. Naməlum şəxslərin sözlərinə görə, onlar palataya Şumaherin şəklini çəkməkdən ötrü giriblər.
Qeyd edək ki, bir neçə gün öncə Mixael Şumaherin meneseri Sabina Kehin əfsanəvi pilotun vəziyyətinin yaxşılığa doğru irəliləməsini bildirib.
Menecer Şumaherin komadan oyanmayacağı barədə yayılan sözlərin yalnış olduğunu da söyləyib. "Təkrar edirəm, ümidverici əlamətlər var və bu əlamətlər bizi çox sevindirir”, - deyə o vurğulayıb.