«Formula-1» yarışlarının yeddiqat qalibi, hazırda xəstəxanada olan Mixael Şumaherin uğurları, deyəsən, onun oğlu tərəfindən davam etdiriləcək. Hər halda, balaca Şumaherin - 15 yaşlı Mikinin «Formula»da qazandığı nəticələr belə deməyə əsas verir. Bugünlərdə «Super-master» seriyasında təşkil olunan kartinq yarışı oğul Şumaherin qələbəsi ilə başa çatıb. 15 yaşlı gənc pilota Mixael Şumaherin məşqçisi Peter Kayzer kömək edib.
Xatırladaq ki, Mixael Şumaher zədələndiyi üçün 3 ay komada qalıb. Hazırda isə hakimlər onun bərpa prosesi ilə məşğul olurlar.