Karateçilərimiz Konyadan qələbə ilə qayıtdılar
Türkiyənin Konya şəhərində 4-cü Uşaq İdman Oyunları başa çatıb. Karateçilərimiz bu yarışlarda 6 medal əldə ediblər.
Murad Hacızadə (70 kq-dan yüksək) və Roman Heydərov (kata) qızıl medal, Kənan Ağalarzadə (57 kq) gümüş medal, Qasım İsgəndərov (52 kq), Fidan Teymurova (47 kq), Şölə Həsənova (54 kq) isə bürünc medal qazanıblar.
Karateçilərimiz komanda hesabında 3-cü yeri tutular.
Ümumilikdə, yarışlarda 31 ölkədən 1014 idmançı 13 idman növü üzrə yarışıb.