Yeniyetmə idmançılarımız Türkiyədə 6 medal qazanıblar

Yeniyetmə idmançılarımız Türkiyədə 6 medal qazanıblar


Türkiyənin Konya şəhərində keçirilən IV Beynəlxalq Rumi Uşaq İdman Oyunlarına yekun vurulub. Ölkəmizi bu yarışda təmsil edən Azərbaycan idmançıları 6 medala layiq görülüblər. Komandanın böyük məşqçisi, əməkdar məşqi Anar Allahverdiyevin rəhbərliyi altında idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxıblar.
Perspektivli karateçilərimizdən Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) bu nüfuzlu yarışın qızıl medalına layiq görülüblər. Kənan Ağalarzadə (-57 kq) gümüş medala yiyələnib. Qasım İsgəndərov (-52 kq), Fidan Teymurova (-47 kq) və Şölə Həsənova (-54 kq) isə bürünc medalla kifayətləniblər. Bu nəticə ilə Azərbaycan idmançıları komanda hesabında 3-cü yeri tutublar.
Məlumat üçün qeyd edək ki, 31 ölkədən 1014 atletin iştirak etdiyi yarışda idmançılar 13 idman növündə mübarizə aparıblar.