Olimpiya çempionumuz bu dəfə hədəfi Almatıda nişan alacaq

Olimpiya çempionumuz bu dəfə hədəfi Almatıda nişan alacaq


Mayın 18-dən 24-dək Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək.
Yarışda Azərbaycanı altı idmançı təmsil edəcək.
Dairəvi stend atıcılığı yarışlarında Olimpiya çempionumuz Zemfira Meftəhətdinova, eləcə də Nurlanə Cəfərova və Emin Cəfərov iştirak edəcəklər. Tranş atıcılığı yarışlarında isə Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov mübarizə aparacaqlar.