Hannoverdəki yarışlardan iki gümüş medal

Hannoverdəki yarışlardan iki gümüş medal


Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. Bu barədə məlumatı "Olimpiya dünyası” qəzetinə yığma komandanın baş məşqçisi İradə Aşumova verib.
Hannoverdə keçirilən yarışda ölkəmizi təmsil edən idmançılardan Ruslan Lunyov gümüş medala layiq görülüb. İdmançımız 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçmada 587 xal toplayıb. Bununla o, həm də Azərbaycan rekordunu təzələyib. Həmin məsafəyə kiçikçaplı tapançadan atəş açan Olimpiya mükafatçımız İradə Aşumova 579 xal toplayaraq, yarışı 4-cü pillədə başa vurub. O, 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada 375 xalla 15-ci olub. Digər idmançılarmızdan Rəsul Məmmədov 50 metr məsafəyə atəşaçmada 566 xal toplayaraq, 30-cu yerə çıxıb.
Təmsilçilərimiz mayın 4-də elə Hannoverdə Avropa kubokunda iştirak ediblər. Bu yarışda da Ruslan Lunyov ona bəslənilən ümidləri doğruldub. 25 metr məsafəni nişan alan gülləatıcımız 570 xal toplayıb. Bu nəticə ilə o, Avropa kubokunu ikinci yerdə başa vurub.