Azərbaycan karateçiləri Qətər Əmirliyinin paytaxtı Dohada keçirilən 3-cü beynəlxalq turnirdə çıxış ediblər. Yarışın ilk günündə idmançılarımız 3 medala sahib olublar. 7 karateçimizin gücünü sənadığı turnirdə Firdovsi Fərzəliyev (-60 kq) və Tural Ağalarzadə (-67 kq) fərdi kumite turnirinin qalibi olublar. Tural Balcanlı fərdi kata nümayişində yüksək səviyyəli çıxış nümayiş etdirməsinə baxmayaraq, gümüş medala layiq görülüb.
Yarış "Əl-Rəyyan” futbol klubunun idman salonunda keçirilib. Qeyd edək ki, yarışda 18 ölkədən 200-dən artıq idmançı iştirak edib.
Yarışın ilk günündə olduğu kimi, son günündə də idmançılarımız 3 medala sahib olublar. Belə ki, Fəridə Abiyeva (-68 kq) turnirin bürünc, Şahin Atamov (-84 kq) və Asiman Qurbanlı (-84 kq) isə gümüş müdalına layiq görülüblər.