Veronada 15 idmançımız döyüşəcək

Veronada 15 idmançımız döyüşəcək

Mayın 31-dən iyunun 2-dək İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatı keçiriləcək.
Çempionatda budo döyüş növləri üzrə Azərbaycan milli komandası da iştirak edəcək.
Mundialda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında 15 idmançımız birincilik uğrunda mübarizə aparacaq. İdmançılarımız peşəkar sanda, S-1, full-kontakt və əlbəyaxa döyüş növləri üzrə yarışacaqlar.
Çempionatda ümumilikdə 20 döyüş növü üzrə yarışlar keçiriləcək.