Kikboksinqçilər qələbəni əldən verməyiblər

Kikboksinqçilər qələbəni  əldən verməyiblər

Samuxda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib. Heydər Əliyev parkında, açıq havada təşkil edilmiş yarışlarda 10 şəhər və rayondan 22 komanda qüvvəsini sınayıb.
Yarışlarda medalların sayına görə Samux idmançıları birinci, Gəncə və Kəlbəcər idmançıları isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.