Ən güclülər Masallıda döyüşdülər

Ən güclülər Masallıda döyüşdülər


Masallı rayonundakı Taekvando Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında taekvando üzrə respublika turniri keçirilib.
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə keçirilən və dörd gün davam edən turnirdə 35 komandanı təmsil edən 250 idmançı 12 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Qaliblərə diplomlar, medallar və qiymətli hədiyyələr təqdim edilib.