İdmançılarımız dünya çempionatında iştirak edəcəklər

İdmançılarımız dünya çempionatında iştirak edəcəklər


Təlim-məşqləri başa vuran para-taekvondo üzrə milli komandamız iyunun 20-21-də Rusiya Federasiyasının paytaxtında keçiriləcək 5-ci dünya çempionatında iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Moskvada keçiriləcək mundialda 40-a yaxın ölkədən idmançılar mübarizə aparacaqlar. Komandamız çempionatda 14 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov rəhbərlik etdikləri milli komandanın üzvlərinə - Rövşən Qəhramanlı (-61 kq), Anar Hüseynov (-61 kq), Sarvan Məmmədov (-61 kq), İmaməddin Xəlilov (-61 kq), Rəhman Ələkbərov (-61 kq), Nicat Müslümov (-75 kq), Əbülfəz Abuzərli (-75 kq), Rövşən Rzayev (-75 kq), Hüseyn Həsənov (-75 kq), Aleksandr Poluşuk (+75 kq), Vüsal İsmayılov (+75 kq) və Vüqar Adışirinov (+75 kq), həmçinin Bahar Şıxəliyeva (-49 kq) və Aynur Məmmədovaya (-58 kq) etimad göstəriblər.
Xatırladaq ki, para-taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər sırasındadır.