“Gömrükçü”nün yetirməsi Dünya kubokunun qalibidir

“Gömrükçü”nün yetirməsi Dünya kubokunun qalibidir


İyunun 8-dən 11-dək Rusiyanın Krasnodar şəhərində şaolin-sanda üzrə Dünya kuboku yarışı keçirilib. Yarışda ölkəmizi Azərbaycan Dövlət Gömrük Komitəsi "Gömrükçü” İdman klubunun idmançısı Qəzənfər Namazov təmsil edib. Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının birinci vitse-prezidenti Rafiq Əliyevin rəhbərliyi altında yola düşən yığma komandanın tərkibində çıxış edən klubun üzvü Qəzənfər Namazov 85 kq çəki dərəcəsində qüvvəsni sınayıb. Bütün rəqiblərin üstələyən idmançımız yüksək səviyyəli çıxışı ilə Dünya kubokuna sahib çıxıb.