İyunun 30-da taekvondo üzrə böyüklərdən ibarət yığma komanda Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında Çinə yola düşüb. Komandamızın bu ölkəyə getməsində məqsəd iyulun 4-5-də Çinin Sujo şəhərində keçiriləcək reytinq yarışında iştirak etməkdir. Bu il ilk dəfə keçirilən Qran-pri turnirində reytinq cədvəlində yüksək xalları olan idmançılarımız iştirak edəcəklər. Yarışda tatami üzərinə Ramin Əzizov (-80 kq), Radik İsayev (+80 kq), Günay Ağakişiyeva (-57 kq), Fəridə Əzizova (-67 kq) çıxacaqlar. Qeyd edək ki, reytinq turnirləri ardıcıl olaraq Qazaxıstan, Böyük Britaniya və Meksikada təşkil ediləcək. Qeyd edək ki, G4 dərəcəli yarış olan Qran-pri turnirində mükafat qazanmış taekvondoçular reytinq ballarını 40 xal artırmış olacaqlar. Milli komandamızın üzvləri vətənə iyulun 8-də dönəcəklər.