Şumaherin xəstəlik tarixçəsinin oğurlandığı Qrenobl xəstəxanasının rəhbərliyi polisə müraciət edib. Mixail Şumaherin komada yatdığı fransız xəstəxanası rəhbəri "Formula-1” yarışları üzrə yeddiqat dünya çempionunun xəstəlik tarixçəsinin oğurlanması barədə polisə verdiyi şikayətdə, məlumatların ilk iki səhifəsinin oğurlandığını deyib. Oğurluq Şumaher Lozanna xəstəxanasına gətirilərkən baş verib. Ehtimal edilir ki, oğrulara tibb müəssisəsinin işçiləri kömək edib. Oğrular artıq bir neçə jurnala təxminən 50 min avro müqabilində məlumatın satılması bərədə təklif göndəriblər.
Qeyd edək ki, 2013-cü il dekabr ayının sonunda Şumaher xizəklə sürüşərkən ciddi şəkildə yaralanmışdı. Pilotun hər iki yarımkürədə qanaxma ilə müşayiət olunun beyin travması aldığı üzə çıxmışdı. Buyaxınlarda isə Şumaher komandan çıxıb və Lozanna xəstəxanasına köçürülüb.