Buyaxınlarda komadan ayılan "Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaherin vəziyyəti stabilləşməyə doğru gedir. Bu barədə pilotun həyat yoldaşı Korinna məlumat verib.
"Onun səhhətində irəliləyiş var. Proses yavaş getsə də, müsbət dəyişikliklər var”, - deyə Şumaherin 45 yaşlı həyat yoldaşı bildirib.
Qeyd edək ki, 6 ay komada qalan Şumaherin həkimi neyrocərrah Erix Riderer əvvəllər xəstəsinin ömürlük əlil qalacağını demişdi.