Uşaq və yeniyetmə taekvondoçular Masallıda qüvvələrini sınayıblar

Uşaq və yeniyetmə taekvondoçular Masallıda qüvvələrini sınayıblar

İyulun 11-də Masallı Taekvondo Mərkəzində uşaq və yeniyetmələr arasında taekvondo üzrə rayon turniri keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş yarışda idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatladırılıblar.