Mövsümün lideri özünə toy etdi

Mövsümün lideri özünə toy etdi


"Mersedes”in pilotu Niko Rosberq Vivian Sibold adlı xanımla ailə həyatı qurub. Qeyd edək ki, cütlük bu ilin mart ayında nişanlanıb.
Niko Rosberq bununla bağlı deyib: "Biz xoşbəxtik və özümüzü göyün 7-ci qatında hiss edirik. Bu, doğrudan da, gözəl anlardır və bu anı qohumlarla və dostlarla paylaşmaqdan gözəl nə ola bilər?”.
Xatırladaq ki, 29 yaşlı almaniyalı pilot "Formula-1” yarışları üzrə dünya çempionatının 9 mərhələsindən sonra şəxsi hesabda liderdir. O, komanda yoldaşı Lyuis Hemiltonu 4 xal qabaqlayır.