Almaniyanın Hamburq şəhərində taekvondo üzrə "German Open” beynəlxalq turniri keçiriləcək. Azərbaycanı yarışda 18 idmançı təmsil edəcək. Kişilərin turnirində Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov, Səbuhi İsmayılzadə (hər ikisi - 63 kq), Hüseyn Mehrəliyev, Fariz Əliyev (hər ikisi - 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov (hər ikisi - 74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev və Fərid Tağızadə (hər ikisi - 87 kq) çıxış edəcəklər.
Qadınların turnirində Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli (hər ikisi - 49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar. Turnir martın 8-dən 12-dək davam edəcək.