İyulun 24-dən 27-dək ölkəmizdə ilk dəfə taekvondo üzrə yeniyetmələr arasında I dünya çempionatı keçiriləcək. Milli Gimnastiya Arenasında keçiriləcək çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu mübarizə aparacaq. Yarışda ölkəmiz tam heyətlə, yəni milli komandamızın 18 üzvü ilə təmsil olunacaq. Taekvondoçularımız bu yarışa hazırlığın son mərhələsini yeniyetmələrdən ibarət yığma komandamızın baş məşqçisi,əməkdar məşqçi Səbuhi Zülfiqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qəbələdə keçiblər. Dünya çempionatında tatami üzərinə oğlanlar arasında Məhəmməd Əlizadə (- 33 kq), Xəyyam Qasımov (- 37 kq), Akşin Abdulov (-41 kq), Həsən Həsənov (- 45 kq), Ruslan Babayev (-49 kq), Qasım Aslanov (- 53 kq), Nicat Musayev (- 57 kq), İkram Hüseynov (- 61 kq), Mehdi Tağıyev (- 65 kq), Orxan Tağızadə (+65 kq), qızlar arasında isə Minayə Əkbərova (- 29 kq), Sevda Pirseyidova (- 33 kq), Nərgiz Mirzəyeva (- 37 kq), Diana Hacıəliyeva (- 41 kq),Aytən Süleymanova (- 44 kq),Nuranə İbrahimova (- 47 kq), Şəms İsayeva (- 51 kq) və Rafaella Hüseynova (- 55 kq) çıxıcıqlar.
Qeyd edək ki, yarış ərəfəsində Dünya Taekvondo Federasiyasının nümayiş komandasının paytaxtımızda iki gün ərzində nümunəvi çıxışlarının təşkili planlaşdırılır. İlk nümunəvi çıxış bu gün saat 20:30-da Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası), növbəti çıxış isə iyulun 23-ü saat 20:30-da Fəvvarələr meydanında olacaq.