Taekvondo üzrə dünya çempionatında
Milli Gimnastika Arenasında taekvondo üzrə yeniyetmələr arasında keçirilən birinci dünya çempionatı davam edir.
Dörd gün davam edəcək çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Olimpnews.az xəbər verir ki, turnirin üçüncü günündə oğlanlar arasında 53 kq, 57 kq, qızların mübarizəsində isə 47 kq, 51 kq və 55 kq kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
İyulun 26-da Azərbaycan yığma komandasının beş üzvü Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq), Rafaella Hüseynova (55 kq), Qasım Aslanov (53 kq) və Nicat Musayev (57 kq) birincilik uğrunda dayanq üzərinə çıxıblar.
Qasım Aslanov (53 kq) ilk görüşdə David Baumana (Avstriya) qalib gələrək növbəti mərhələyə adlasa da, ikinci görüşdə ukraynalı Mikita Mazuraya uduzub. Rafaella Hüseynova isə Mares Hillariya (Meksika) məğlub olub.
Nicat Musayev (57 kq), Nuranə İbrahimova (47 kq) və Şəms İsayeva (51 kq) isə turnirdə iştiraklarını dayandırıblar.