"Formula-1” yarışlarının sahibi Benni Ekklstoun uzun zamandır ki, məhkəmələrdə izahat verməyə məcbur qalıb. Milyarder iş adamı "Bayern LB” bankının sahibinə külli miqdarda rüşvət verməkdə günahlandırılır. Məhkəmələrdə vaxt itirən Ekklstoun bu məsələyə birdəfəlik son qoymaq qərarına gəlib. Belə ki, o, məhkəməyə müraciət edərək, istintaq işinə xitam verilməsi üçün 25 milyon dollar ödəməyə hazır olduğunu bildirib. "Mənim məhkəmələrdə izahat verməyə nə vaxtım, nə də həvəsim var. Qərara gəldim ki, bütün bunlara son qoymaq üçün 25 milyon dollar ödəyim”, - deyə 82 yaşlı Ekkstoun bildirib. Onun bu qəribə təklifi qəbul olunub. Avqustun 8-də keçiriləcək məhkəmə həmin məbləğin ödənilib- ödənilməməsi ilə bağlı qərar verəcək.