İtaliyanın “Sky Sport” media saytında Bakıda keçiriləcək “Formula-1”dən yazılıb

İtaliyanın “Sky Sport” media saytında Bakıda keçiriləcək “Formula-1”dən yazılıb


İtaliyanın "Sky Sport” televiziya kanalının saytında "Formula-1”in 2016-cı ildəki mərhələ yarışlarından birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı yazı yerləşdirilib.
Yazıda qeyd olunur ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi bu möhtəşəm yarışa hazırlıqlar yüksək səviyyədə aparılır. Bakının gözəl küçələri arasında həyata keçəcək Formula-1-in mərhələ yarışlarının böyük marağa səbəb olacağı gözlənilir. Yarışlar Xəzər dənizinin gözəl mənzərəsi fonunda Bakının özünəməxsus küçələri arasında həyəcanla izlənəcək.