Yeniyetmə və gənc karateçilərdən ibarət Azərbaycan milli komandaları avqustun 15-dən 17-dək Türkiyənin Ərzurum şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
XI Palandökən turnirinə 13 idmançımız qatılacaq.
Yeniyetmələrin yarışında Hümmət Balakişiyev (52 kq), Riyad Feyzizadə (63 kq), Murad Balakişiyev (70 kq), Murad Hacızadə (70 kq-dan yuxarı), Fidan Teymurova (47 kq) və Şölə Həsənova (54 kq) mübarizə aparacaqlar.
Gənclərin turnirində isə Vidadi Xaliqov (55 kq), Ülvi Qurbanov (61 kq), Elcan Məmmədrzayev (68 kq), Ruslan Cəfərzadə (76 kq), Emil Güləhmədov (76 kq-dan yuxarı), Aytac Əliyeva (53 kq) və Fəridə Əliyeva (59 kq-dan yuxarı) yarışacaqlar.