Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında taekvondo üzrə yarışlarda ölkəmizi təmsil edən Gülhanım Yeşildalın (55 kq) çıxışı uğursuz olub. Avqustun 19-da keçirilən görüşlərdə idmançımızın italiyalı Licia Martiqnani ilə ilk görüşü 6:6 hesabı ilə bitsə də, hakimlərin qərarı ilə rəqib idmançı qalib elan olunub. Beləliklə, G.Yeşildal yeniyetmələrin II Olimpiya Oyunlarında iştirakını dayandırıb.
Taekvondo üzrə yarışlarda son təmsilçimiz Səid Quliyev (73 kq) mübarizəyə avqustun 20-də qoşulacaq.
Xatırladaq ki, avqustun 16-da başlayan yeniyetmələrin II Olimpiya Oyunlarında iki cüdoçumuz və bir taekvondoçumuz hərəyə bir gümüş medal qazanıblar.