Taekvondoçumuz yarımfinalda Misirli rəqibi ilə döyüşəcək

Taekvondoçumuz yarımfinalda Misirli rəqibi ilə döyüşəcək


Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarının taekvondo növündə ölkəmizi təmsil edən Səid Quliyev (73kq) yarışların yarımfinal mərhələsinə yüksəlib. Nancinq beynəlxalq sərgi mərkəzində keçirilən taekvondo yarışlarında Səid Quliyev 1/4 final mərhələsində kolumbiyalı Ceyson Hoyos Serranoya qalib gəlib. İdmançımız yarımfinal görüşündə misirli Seif Eysa ilə üz-üzə gələcək.