Taekvondoçumuz Olimpiya çempionluğunun bir addımlığındadır

Taekvondoçumuz Olimpiya çempionluğunun bir addımlığındadır


Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarının taekvondo növündə ölkəmizi təmsil edən Səid Quliyev (73 kq) yarışların final mərhələsinə vəsiqə əldə edib.
Səid Quliyev (73 kq) yarımfinalda misirli Seif Eysa üzərində 7:1 hesablı qələbə qazanıb.
Finalda idmançımızın rəqibi almaniyalı Həmzə Adnan Kərim olacaq. Qeyd edək ki, mübarizəyə 1/4 final mərhələsindən başlayan idmançımız kolumbiyalı Ceyson Hoyos Serranonu məğlub etmişdi.