Türkiyədə yüksək nəticə qazanan idmançılar mükafatlandırılıb

Türkiyədə yüksək nəticə qazanan idmançılar mükafatlandırılıb


Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Türkiyənin Ərzurum şəhərində 11-ci "Palandökən” beynəlxalq turnirində yüksək nəticə qazanan idmançıları mükafatlandırıb. Federasiyanın birinci vitse-prezidenti Ilham Qasımzadə 25 ölkədən 120 klub da daxil olmaqla 2100-dən artıq idmançının iştirakı ilə yarışda 2-ci yeri tutan karateçilərimizi təbrik edib. Yeniyetmələr arasında yarışın qaliblərindən Murad Hacızadəyə (+70 kq), həmçinin Ermənistan milli komandasını böyük hesabla məğlub edən böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərova "Əzmkar doyüşçü” mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Yığıncaqda həmçinin 11-ci "Palandökən” beynəlxalq turnirindən 4 qızıl, 1 gümüş, 5 bürünc və komanda yarışlarında bürünc mükafata sahib olan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın uğuru yüksək qiymətləndirilib.