Karateçilərimiz İranda 3 medala layiq görüldülər

Karateçilərimiz İranda 3 medala layiq görüldülər


Azərbaycan idmançıları İran İslam Respublikasında keçirilən enşin karate üzrə beynəlxalq turnirdə 2 qızıl və 1 gümüş medal qazanıblar.
Azyaşlılar və gənclər arasında keçirilən yarışda ölkəmizi 4 karateçi təmsil edib.
Karateçilərimizdən Razi İsayev və Elvin Məmmədov qızıl medala sahib olublar. Yalnız finalda rəqibinə uduzan Adəm İbrahimov isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu idman növü üzrə növbəti beynəlxalq turnir Azərbaycanda təşkil olunacaq.