“İstanbul Open” turnirindən beş medal

“İstanbul Open” turnirindən beş medal


Türkiyədə Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından "İstanbul Open”də iştirak edən Azərbaycan idmançıları 5 medal qazanıblar.
Turnirdə Ayxan Mamayev (84 kq) qızıl, Vüsal Kamallı (gənclər, 76 kq), Roman Heydərov (14-15 yaşlılar, kata) gümüş, Niyazi Əliyev və Rafiz Həsənov (hər ikisi 67 kq) isə bürünc mükafata sahib olublar.

R.Həsənov bürünc medal uğrunda komanda yoldaşı Tural Ağalarzadə ilə mübarizə aparıb. Millimizin liderlərindən Rəfael Ağayev zədəsinin bərpa müddətini keçdiyindən Premyer Liqaya qatılmayıb.
Doqquzuncu dəfə keçirilən "İstanbul Open” turnirində 57 ölkədən 592 karateçi mübarizə aparıb.