Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində V «Baku Open» beynəlxalq karate turnirinə start verilib.
«Olimpnews.az» saytı xəbər verir ki, 16 ölkənin iştirak etdiyi yarışda Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, İran, Tayland, Gürcüstan, Bolqarıstan, Özbəkistan, Çili, Braziliya, Qazaxıstan, Küveyt, Fransa və Suriya komandaları mübarizə aparırlar. Yarışda Azərbaycanın yığma komandası ilə yanaşı, bölgələri təmsil edən komandalarımız da qüvvələrini sınayırlar. 300-dən artıq karateçinin iştirak etdiyi yarışın ilk günündə böyüklər mübarizəyə qoşulubkfh. Sabah yeniyetmə və gənclər tatami üzərinə çıxacaqlar. Turnirdə fərdi yarışlarla yanaşı, komanda yarışları da keçirilir. Qeyd edək ki, yarış Azərbaycan Milli Karate Federasiyasnın yaranmasının 20 illik yubileyinə həsr olunub.
Bu gün keçirilən yarışın açılış mərasimndə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, federasiyanın I vitse-prezidenti İlham Qasımzadə, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev, Milli Karate Federasiyasının hakimlər komitəsinin sədri Cahangir Babayev, federasiyanın baş katibi Mircabbar Seyidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Yaşar müəllim gələn il ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunlarının karateçilərimiz üçün ən məsul yarış olduğunu dedi və ümidvar olduğunu bildirdi ki, komandamız bu yarışda öz layiqli sözünü deyəcək.
Çıxışlar başa çatdıqdan sonra federasiya tərəfindən turnirdə iştirak edən rəsmi qonaqlara fəxri diplomlar təqdim olundu.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışlar davam etdirildi. Yarışa sentyabrın 13-də yekun vurulacaq.
Aysel
Azər