Vahid Ayvazov, kata üzrə Azərbaycan yığma komandasının baş məşqçisi:
Kata üzrə yarışlarda ölkəmizi təmsil edən Tural Balcanlı finala vəsiqə əldə edib. Əmirov Rafiq isə bürünc medala layiq görülüb. Yarışda güclü rəqabət var. İrandan kifayət qədər idmançılar iştirak edirlər. Bu ölkə ilə yanaşı, Tailand, Xorvatiya, Türkiyə, Qazaxıstan komandaları güclü təsir bağışlayırlar. Azərbaycan yığma komandası güclü heyətlə çıxış edir. İnanıram ki, bu yarışda yığmamız birinci olacaq.
Qarşıda bizi gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları gözləyir. Bu Oyunlarda kata üzrə yarışlar da keçiriləcək. İdmançılarımızı qarşıda Avropa və dünya çempionatı gözləyir. Avropa Oyunlarınadək bu mötəbər yarışlarda idmançılarımızı bir daha
yoxlamadan keçirəcəyik.
Aysel