«Karateçilər Avropa Oyunlarını səbirsizliklə gözləyirlər»

«Karateçilər Avropa Oyunlarını səbirsizliklə gözləyirlər»




Malpas Çumburilze, Gürcüstan yığma komandasının karate üzrə məşqçisi:

- 7 oğlan və 1 qız idmançı ilə yarışlara qatılmışıq. Bu yarışa ənənəvi olaraq həmişə iştirak edirik. Beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub. Yarışda yüksək səviyyəli rəqabət var. Ötən həftə İstanbulda keçirilən beynəlxalq premyer-liqa yarışlarında 3 medal qazanmışıq. Bu yarışda artıq bir bürünc medalımız var. Bundan sonra iki premyer-liqa yarışı bizi gözləyir. Ardınca karateçilərimiz dünya çempionatında qüvvələrini sınayacaqlar.




Gələn il Azərbaycanda Birinci Avropa Oyunları təşkil olunacaq. Karateçilər Avropa Oyunlarını səbirsizliklə gözləyirlər. Biz də bu yarışa yüksək səviyyədə hazırlaşırıq. Qeyd edim ki, beynəlxalq turnirdə əsas rəqiblərimiz Azəarbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Ukrayna, Rusiya komandalarıdır. Gürcüstanda karateyə böyük maraq var. Son illərdə bu idman növünün səviyyəsi ötən illərlə müqayisədə xeyli artıb. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda medallar qazanırlar. Gənclər arasında da Avropa çempionlarımız var. Oktyabrda ölkəmizdə karate üzrə Dünya kuboku yarışı təşkil olunacaq. Bu yarışda da rəqabətin güclü olacağına inanıram.

Aysel