«İdmançılarımızın Azərbaycan karateçiləri ilə rəqabətə girməsi onlara böyük təcrübə qazanıdırır»

«İdmançılarımızın Azərbaycan karateçiləri ilə rəqabətə girməsi onlara böyük təcrübə qazanıdırır»

Murat Delihasan, Türkiyə yığma komandasının məşqçisi:

- İdmançılarımız Azərbaycanda karate üzrə keçirilən beynəlxalq turnirə artıq neçə illərdir ki, qatılırlar. Bu yarışda 5 kişi və 5 qadın idmançımız çıxış edir. Əsas hazırlığımız dünya çempionatına hazırlığa yönəlib. Azərbaycan karate idman növündə güclü ölkələrdəndir. Bu baxımdan idmançılarımızın belə bir yarışda Azərbaycan karateçiləri ilə rəqabətə girməsi onlara böyük bir təcrübə qazanıdırır. Türkiyədə karate idmanı uzun illərdir ki, tədris olunur. Əvvəllər də bu idman növündə böyük uğurlarımız olub. Gələn il Azərbaycanda Avropa Oyunları keçiriləcək. Bu yarışadək dünya çempionatında və gələn ilin mart ayında Türkiyədə keçiriləcək Avropa çempionatında çıxış edəcəyik. Azərbaycan ev sahibi olduğu üçün və karatedə gücü ölkə olduğu üçün Avropa oyunlarında əsas rəqibimiz də məhz Azərbaycan millissinin üzvləri olacaq.

Aysel