«Beynəlxalq turnirdə iştirakımız Asiya Oyunlarına hazırlıq xarakteri daşıyır»

«Beynəlxalq turnirdə iştirakımız Asiya Oyunlarına hazırlıq xarakteri daşıyır»


Pərviz Mansurov, karate üzrə Qazaxıstan yığma komandasının baş məşqçisi:

Qarşıda bizi Asiya Oyunları gözləyir. Azərbaycanda keçirilən beynəlxalq turnir bizim üçün Asiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Beynəlxalq turnirdə 14 idmançımız bacarığını nümayiş etdirir. Azərbaycan komandası yarışın favoritləri sırasındadır.

Qarşıda bizi Asiya Oyunları gözləyir. Sentyabrın 20-dək burada Azərbaycan yığması ilə birlikdə təlim-məşqlərdə iştirak edəcəyik. Qazaxıstanda karateyə böyük maraq var. Uşaq-gənclər idman məktəblərində bu idman növü üzrə idmançılarımız yetişirlər. Ümidvaram ki, Asiya Oyunlarında da kimono ustalarımız öz sözlərini deyəcəklər.