Sentyabrın 4- 9-dək Türkiyənin İstanbul şəhərində kyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib. Yeniyetmələr, kişilər, gənclər və qadınlar arasında təşkil olunan turnirdə 25 ölkə iştirak edib.
Çempionatda Azərbaycan Kyokuşinkay Karate Federasiyasının prezidenti 9-cu dan qara kəmər ustası Teyyub Əzizovun başçılıq etdiyi komanda çıxış edib. 9 nəfərdən ibarət komandamız II yerə layiq görülüb. İdmançılar 5 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 9 medal qazanıblar. Aygün Əsədli, Rəşad İsmayılov, Fədail Quliyev, Əliağa Babayev və Xəyyam Yusifli fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.