İsveçrənin Cenevrə şəhərində WUMA (World United Martial Arts Federation) döyüş növləri üzrə dünya çempionatı və Dünya Döyüş Növlərinin Oyunları keçirilib.
Yarışda ölkəmizi Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) 15 idmançıdan ibarət milli komandası təmsil edib.
Beş mindən artıq idmançının çıxış etdiyi yarışda milli komandamız dörd medal qazanıb. On səkkiz yaşından yuxarı idmançıların mübarizəsində Emin Süleymanov (fri-kontakt, 70 kq), veteranlar arasında Elşən Kərimov (MMA, 90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. On səkkiz yaşından yuxarı idmançılarından Pənah Süleymanov (fri-kontakt, 65 kq) və Vüsal Ələsgərov (fri-kontakt, 90 kq) gümüş medala layiq görülüblər.
Milli komandamız turnirdə ABDNF-nin prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında çıxış edib.