Moskva məhkəməsi zorakılıqda və dələduzluqda ittiham olunan məşhur boksçu Aleksandr Yemelyanenkonun həsb müddətini dekabrın 31-dək artırmaq haqqında qərar verib. Qeyd edək ki, Yemelyanenkonun cinayət işi ilə əlaqədar bütün işlər yekunlaşıb. Prokurorluqda baxılandan sonra sənədlər təkrar məhkəməyə göndəriləcək.
Şahidlərin ifadəsinə görə, hadisə martın 3-də baş verib. Yemelyanenko onun evində təmizlik işləri aparan qadına təcavüz edib və onun şəxsiyyət vəsiqəsini çantasından götürüb.