"Mersedes”in rəhbəri Niki Lauda "Ferrari”nin pilotu ispaniyalı Fernando Alonsonun "Maklaren” komandası ilə müqavilə imzaladığını deyib. Mövsüm bitəndən sonra Alonso "Ferrari”ni tərk etməlidir. Onun yerini "Formula-1”-in dördqat çempionu italiyalı Sebastiyan Fettel tutacaq. Fettel hazırda təmsil etdiyi "Red Bull”dan gedəcəyi barədə artıq məlumat yayıb.
"Alonsonun "Maklaren”lə müqaviləsi keçən həftənin dördüncü günü imzalanıb”, - deyə Lauda bildirib.
Qeyd edək ki, Alonso 2007-ci il mövsümündən başlayaraq "Maklaren”i təmsil edirdi.