Karate üzrə Bakı şəhər açıq çempionatı keçiriləcək

Karate üzrə Bakı şəhər açıq çempionatı keçiriləcək


Oktyabrın 18-19-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində karate üzrə yeniyetmə və gənclər arasında Bakı şəhər açıq çempionatı keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil edəcəyi yarışın açılış mərasimi ayın 18-də saat 17-də olacaq. 14-15 yaşlı yeniyetmə oğlanlar 5, qızlar isə 8 çəki dərəcəsində yarışacaqlar. 16-17 yaşlı gənclər arasında isə oğlanlar 5, qızlar 4 çəki dərəcəsində qüvvələrini sınayacqlar. 18-20 yaşlı gənc oğlan və qızlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar.