Xorvatiyalı idman jurnalisti Bakıda olub

Xorvatiyalı idman jurnalisti Bakıda olub


Azərbaycanda karete idman növü ilə bağlı geniş reportaj hazırlamaq üçün xorvatiyalı idman jurnalistləri Bakıda olublar. Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə ilə geniş söhbət aparan jurnalist Zrinka Perez məqalədə Bakı-2015 ilk Avropa oyunlarına hazırlıq prosesindən , Azərbaycanda karatenin inkişafından bəhs edib. İlham Qasımzadə bu il keçirilməsi nəzərdə tutulan işlər, yarış və görüşlər barədə də məlumat verib.
Qeyd edilib ki, Azərbaycanda karetenin inkişafı, idmançıların yetişdirilməsi üçün bundan sonra da məqsədyönlü işlər görüləcək.