Avstriyanın Zalsburq şəhərində WKF Premyer Liqasının "Qrand final” turnirinin nəticələri və noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində dünya çempionatına hazırlıq işləri ilə bağlı yığıncaq keçirilib. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadə "Qrand Final”ın gümüş mükafatçısı Nuranə Əliyevaya baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən mükafat təqdim edib. Yığıncaqda həmçinin Özbəkistan milli komandasını Asiya oyunlarına hazırlaşdıran Şahin Xudaverdiyevə, Qazaxıstan karateçilərinin göstərdiyi nəticədə xidməti olan əməkdar məşqçi Rəhman Hətəmova təşəkkür bildirilib.