İngiltərənin Mançester şəhərində taekvondo üzrə keçirilən Qran-Pri turnirinə yekun vurulub. Reytinq xarakterli yarışa 5 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 1 bürünc medalla qayıdıb.
Komandamızın heyətində 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova fərqlənib. London-2012-nin iştirakçısı üçüncü olub.
Digər taekvondoçularımızdan Radik İsayevlə (+80 kq) Gunay Ağakişiyeva
(57 kq) ilk, Mikayıl Əliyev (58 kq) ikinci görüşündə məğlub olublar. Ramin Əzivov isə 1/4 finalda rəqibin müqavimətini qıra bilməyib.