Almaniyanın Bremen şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti konqresi keçirilib. 120-dək ölkənin nümayəndələrinin iştirak etdiyi konqresdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti dinlənilib. Müraciətdə bildirilib ki, idman növləri arasında xüsusi populyarlığı olan karate idmanı Olimpiya oyunlarının proqramına layiqli namizədlərdən biridir və bu sahədə artan fəallıq getdikcə daha çox özünü göstərməkdədir.
Tədbirdə çıxış edən WKF prezidenti Antonio Espinos gündəlikdə duran məsələlərin həllindən danışıb.
Qeyd edək ki, konqres ərəfəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və birinci vitse-prezidenti İlham Qasımzadə müxtəlif ölkələrin karate federasiyalarının rəhbərli ilə görüşərək diskussiyalar aparıblar. Məlumat üçün bildirək ki, tədbir iştirakçılarına Azərbaycanın müxtəlif sahələrdə inkişafını əks etdirən məlumat bukletləri , xatirə hədiyyələri təqdim olunub.