Milanda 3 medal qazanıldı

Milanda 3 medal qazanıldı


Noyabrın 7-10-da İtaliyanın Milan şəhərində budo döyüş növləri üzrə dünya çempionatı keçirilib. Yarışda idmançılar 11 növdə güclərini sənayıblar.
Ümumilikdə 380 döyüşçünün mübarizə apardığı çempionatda ölkəmiz 9 idmançı ilə təmsil olunub. Turnirdə təmsilçilərimiz yüksək nəticə göstəriblər. Belə ki, 81 kq çəki dərəcəsində yarışan Siyavuş Bayramov qızıl medal qazanıb. Yusif Sadıqov (60 kq) çempionatı ikinci pillədə başa çatdırıb. +90 kq şəki dərəcəsində döyüşən Araz Abdullayev isə III olub.
Məlumat üçün bildirək ki, noyabrın 22-23-də ölkəmiz budo döyüşləri üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 9 olkənin idmançıları mübarizə aparacaqlar.
Budo döyüş növləri üzrə daha bir beynəlxalq turnir dekabr ayında Biləsuvar şəhərində keçiriləcək. Yarış Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunacaq. Biləsuvarda ölkəmizin idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Misir, Əfqanıstan və Gürcüstan təmsilçiləri də güclərini sınayacaqlar.